Mingəçevirdə "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda zona müşavirəsi keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gəncə, Samux, Göygöl, Şəmkir, Qazax, Mingəçevir, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Yevlax, Zərdab, Ucar, Tərtər, Goranboy və Kürdəmirdə fəaliyyət göstərən 100-ə yaxın QHT nümayəndəsi və fəal gənclər, təhsil və mədəniyyət işçiləri, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə bir araya gəliblər. Müşavirədə mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu müzakirə edilib. Müşavirədə çıxış edənlər, mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolundan danışıblar. Bildirilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyət etibarı ilə yeni sayıla biləcək istiqamət müəyyənləşdirilib ki, bu da mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lər ilə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir. Bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli qərarı ilə təsdiq edilən "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası"nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb və ilk müsabiqələrlə bağlı elanlar verilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Artıq mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-ci il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib.
Müşavirədə mədəniyyətimizin təbliği işində QHT potensialının təhlili, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilə biləcək dəstək və birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, əməkdaşlıq formalarının müəyyən olunması, gənclərin QHT-lərdə fəallığının artırılması, mövcud istiqamətdə qanunvericilik bazası, eləcə də, QHT-lərin Mingəçevir və ətraf rayonlarda Avropa Oyunlarının təbliği işinə cəlb edilməsi məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB