Almaniyalı alim RSXM-də olub

Almaniyanın Höttingen Universitetinin professoru Ulli Günter Buntebart AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. Mərkəzdən SİA-ya verilən xəbərə görə, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü. geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə keçirilən görüşdə qonağa Mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar haqqında məlumat verilib.

Görüşdə tərəflər birgə elmi tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə