2 ulduzlu otellər də Oyunlara hazırdır

2 ulduzlu otellər də Oyunlara hazırdır

Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunlarına görə şəhərimizdə ciddi hazırlıq işləri gedir. Belə ki, qonaqların və şəhər sakinlərinin rahat şəkildə istirahət etmələri üçün əyləncə mərkəzlərinin, restoranların, otellərin və digər sahələrin sahibkarları əllərindən gələni edirlər. SİA-ya açıqlama verən "Altstadt Hotel"in meneceri mehmanxanalarında səliqəli otaqlarının olduğunu bildirib: " "Altstadt Hotel"i 2 ulduzlu olduğu üçün o qədər də geniş deyil. Yalnız yerli sakinləri, qonaqları səliqəli və təmiz otaqlarımızla təmin edə bilərik. Bizi seçib, gələnləri restoranımızdakı xörəklərlə də razı salacağıq. Belə ki, mətbəximizdə milli yeməklər mövcuddur. Xörəklərimiz olduqca dadlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə