Sabah havanın temperaturu yüksələcək PROQNOZ

Sabah havanın temperaturu yüksələcək PROQNOZ

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-22, gündüz saatlarında isə 31-33 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Rayonlarda isə hava əsasən yağmursuz keçəcək, Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə