Akademik Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən general Akim Abbasov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri artıq yekunlaşıb. Bununla bağlı SİA-ya "Azəryolservis" ASC-dən məlumat verilib. Bu gündən etibarən sözügedən küçənin bu hissəsində nəqliyyatın hərəkəti tam bərpa olunub.
Qeyd edək ki, təmir olunmuş hissənin uzunluğu 510 metr, eni isə 18 metrdir. Ümumilikdə sözügedən ərazinin 10 min kvadrat metr sahəsinə yeni asfalt beton örtüyü döşənib. Bundan başqa, yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Təmir olunmamış hissə də daxil olmaqla, küçəyə 3 min paqon-metr səki daşı düzülüb.
Küçənin digər hissəsi Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində hələlik nəqliyyat vasitələrinin hərəkəti növbə ilə mahdudlaşdırılır. Bu ərazidə yeni asfal-beton örtüyünün döşənməsi işlərinə start verildikdə sözügedən hissə tam olaraq bağlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB