Multikulturalizm Mərkəzi milli icmalara dəstəyini davam etdirir

Multikulturalizm Mərkəzi milli icmalara dəstəyini davam etdirir

"AKORD" jurnalının bu günlərdə işıq üzü görən 17-ci nömrəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə nəşr olunub. Mərkəzdən verilən məlumata görə, təsisçisi Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyi olan jurnalın bu nömrəsi Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfərinə həsr edilib. Oxuculara Azərbaycan-Bolqarıstan dostluq münasibətləri, Azərbaycanın dahi mütəfəkkirləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.

Mərkəz multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda mədəni, dini müxtəlifliyin tolerant əsaslarını qorumaq və inkişaf etdirmək məqsədilə gələcəkdə də bu kimi layihələrə dəstək göstərilməsini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə