SİA-nın yeni saytı istifadəyə verildi

SİA-nın yeni saytı istifadəyə verildi

Hörmətli oxucular, dəyərli dostlar!!!

Son zamanlar Azərbaycanda yeni internet texnologiyalarının tətbiqini nəzərə alaraq, ölkəmizin bütün sferalarında - iqtisadi, siyasi, mədəni, həmçinin idman sahəsində baş verən ən son yenilikləri operativ şəkildə oxucularımıza çatdırmaq, Azərbaycan həqiqətlərini daha geniş şəkildə - Azərbaycan, Rus və İngilis dillərində yayımlanmasını təmin etmək məqsədilə Səs İnformasiya Agentliyinin administratorluğu tərəfindən sia.az saytının yeni versiyada tərtib edilməsi qərara alınıb. Artıq sabahdan peşəkar dizaynerlərimizin hazırladığı sia.az saytı oxuculara təqdim olunacaq.

Tənqidi fikirlərə dözümlü yanaşmağa çalışacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə