2 min ton gübrə satılıb

Aqrolizinq ASC-nin Şəmkir Regional Nümayəndəliyi bu il ərzində 5 rayonun fermerlərinə 2 min tondan artıq mineral gübrənin satışını həyata keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları mineral gübrələri 70%, herbisidləri isə 50% güzəştli şərtlərlə əldə edib. Hazırda fermerlər mövsümə uyğun olaraq taxıl sahələrində alaq otlarına qarşı geniş istifadə edilən 2.4 D amin duzuna maraq göstəririlər. Nümayəndələyin anbarlarında 1800 tondan artıq gübrə və herbisid ehtiyatı var.

"Hazırda həmin gübrələrin satışı tərəfimizdən həyata keçirilir. Hər gün fermerlər gəlib heç bir çətinlik olmadan regional nümayəndəlikdən və ətraf rayonlarda olan tabeli aqroservislərdən alırlar"-deyə, Aqrolizinq ASC-nin Şəmkir Regional Nümayəndəliyinin direktoru Azər Əliyev bildirib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə