“Vergi məktəblilərin gözü ilə”

“Vergi məktəblilərin gözü ilə”

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi və Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin birgə tərəfdaşlığı ilə Ağcabədi rayonunda "1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü"nə həsr edilmiş "Vergi məktəblilərin gözü ilə" adlı intellektual yarış keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Vergilər İdarəsinin nümayəndəsi Mahir Qarayev yarışın açılış mərasimində çıxış edərək, həyata keçirdikləri fəaliyyət, əldə edilən uğurlar, qarşıda duran vəzifələr haqqında geniş məlumat vermiş, iştirakçı komandalara uğurlar arzulayıb.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri və digər qonaqlar iştirak edib.

Yarışdan əvvəl məktəblilərin hazırladıqları rəsmlərə baxış olmuşdur. Daha sonra yarış öz işinə başlayıb.

İntellektual yarışda komandaların gərgin mübarizə olmuşdur. Nəticədə 3 saylı məktəb-liseyin komandası birinci yerin, 4 saylı tam orta məktəbin komandası ikinci yerin və 3 saylı tam orta məktəbin komandası üçüncü yerin qalibi olub. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə