Məktəblilər bayramı qeyd etdilər

Məktəblilər bayramı qeyd etdilər

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisi 28 May Respublika Günü münasibətilə Samux rayonunda tədbir təşkil edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, məktəblilərin iştirak ilə baş tutan tədbirdə ziyalılar, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk növbədə məktəblilərin Azərbaycanın dövlətçilik tarixi barədə ətraflı məlumatları dinlənilmiş, onların ifasında hazırlanmış kompazisiyalar dinlənilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən bəhs ediblər.

Sonda tədbirin iştirakçısı olan məktəblilər Mərkəz tərəfindən mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə