“Bakı-2015”ə gələnlər sağlamlığınızın qeydinə qalın!

“Bakı-2015”ə gələnlər sağlamlığınızın qeydinə qalın!

Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunlarına görə şəhərimizdə ciddi hazırlıq işləri gedir. Belə ki, qonaqların və şəhər sakinlərinin rahat şəkildə istirahət etmələri üçün əyləncə mərkəzlərinin, restoranların, otellərin və digər sahələrin sahibkarları əllərindən gələni edirlər. SİA-ya açıqlama verən "Anatolia Baku Hotel "in meneceri mehmanxanalarında qonaqların rahatlığı üçün hər cür şəraitin olduğunu deyib: " "Bakı-2015" ilk Avropa Oyunları ölkəmiz üçün çox vacibdir. Bunun üçün turistləri və yerli sakinləri otelimizə dəvət edirik. Onların yaxşı dincəlməkləri üçün mehmanxanamızda hər şey qaydasındadır. Restoranlarımızda millli və avropa yeməkləri mövcuddur. Sözügedən xörəklərimiz olduqca dadlıdır. Bizi seçib gələn insanların sağlamlıqlarını da düşünmüşük. Belə ki, turistlər və şəhər sakinləri trinajor və məşq zalımızdan yararlana biləcəklər. Eyni zamanda otelimizdəki hovuz da onların istifadəsindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə