Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən avtomobil yolunun sağ tərəfində torpaq sürüşməsinin baş verdiyi bildirilir. SİA-nın xəbərinə görə, bununla bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib ki, bu, lokal sürüşmədir:
"Torpaq sürüşməsindən söhbət gedə bilməz. Baş verən hadisə adi torpaq aşınmasıdır. Respublikanın əksər yollarının kənarlarında, çay qıraqlarında yağan yağışın təsirindən belə torpaq aşınmaları hər gün olur. Aşınmanın genişlənməsi ehtimalı yoxdur. Torpaq aşınmasının qalınlığı 10-15 santimetrdir və kiçik bir ərazini əhatə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB