Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad "ASAN xidmət" mərkəzində 28 May - Respublika Günü ilə əlaqədar, həmçinin Mərkəzdə Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının ərazi ilk partiya təşkilatı yaradılması ilə bağlı tədbir keçirilib. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Sabirabad "ASAN xidmət" mərkəzinin direktoru Elvin Cəfərov, YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev YAP üzvlərinin əsasən gənclərdən təşkil olunduğunu, YAP Sabirabad rayon təşkilatına 7500-dən çox üzvün qatıldığını və 89 ərazi ilk partiya təşkilatının fəaliyyət göstərdiyini qeyd edib.
Tədbirdə təşkilatı məsələyə baxılıb və 9 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Cəfərov Elvin Rasim oğlu ərazi ilk partiya təşkilatının sədri və Məmmədov Elvin Qasım oğlu sədr müavini seçiliblər.
Daha sonra Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxış edərək, qarşıdan gələn Respublika Günü ilə bağlı müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin rolu barədə danışıb və dövlətçilik strategiyasının ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bundan başqa yeni seçilmiş tərkibi təbrik edib və təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş Sabirabad "ASAN xidmət" mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB