İlk Avropa Oyunlarına həsr olunmuş idman yarışları keçirilib

İlk Avropa Oyunlarına həsr olunmuş idman yarışları keçirilib

"Avropa Olimpia Komitəsinin İlk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qəbul etdiyi qərar tarixi hadisədir. Zaman keçəcək, illər əsrləri əvəzləyəcək, amma İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi unudulmayacaq. Necə ki, 2 min il vaxt keçməsinə baxmayaraq Yay Olimpia Oyunlarının Yunanıstanda keçirilməsi bu günə qədər unudulmur. Əlbəttə, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyətdir. Həm də, şübhə yoxdur ki, tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu da həlledici rol oynayıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva deyib.

QHT sədri bildirib ki, şəhid, əlil, qaçqın, məcburi köçkün, valideynsiz (bəzən hər ikisini itirmiş) və imkansız ailələrdən olan uşaq, gənc və tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir: "Cəmiyyət müxtəlif profillər üzrə istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, uşaqlar arasında müsiqi festivalı, idman yarışları keçirərək qalibləri mükafatlandırır. Avropa oyunlarına hazırlıq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi "Bakı Avropa Oyunları 2015 həsr olunmuş idman yarışları"adlı layihənin icrasına başlamışdır. 16.05.2015-ci il tarixində "Spartak"idman klubunda 100 uşağın iştirakı ilə güləş üzrə yarışı keçirilmiş və qaliblər medal, diplom və idman köynəyi, papağı ilə mükafatlandırılmışlar".

B.Tağıteva bildirib ki, mayın 21-də isə təşkilat Suraxanı rayonununda yerləşən 327 saylı tam orta məktəbdə 140, 76, 114, 327 saylı məktəbin şagirdləri arasında "Bakı 2015 Avropa Oyunlarına həsr edilmiş idman yarışları" layihəsi çərçivəsində növbət futbol yarışlar təşkil edilib: "Gərgin keçən idman mübarizəsinin sonunda finala 76, 2-ci yerə 114, 3-cü yerə 327 saylı məktəbin şagirdləri çıxmışdır.

Mayın 22-də Suraxanı rayonununda yerləşən 76 saylı tam orta məktəbində 196, 76, 278, 270 saylı məktəblər arasında " Bakıb 2015 Avropa Oyunlarına həsr edilmiş idman yarışları" adlı layihə çərçivəsində təşkil olunan voleybol yarışlarında finala 76 və 278 nömrəli məktəblərin şagirdləri çıxmışdır. Gərgin keçən mübarizənin sonunda 76 saylı tam orta məktəbin şagirdləri finalda qələbə qazanmışlar. 278 nömrəli məktəb ikinci, 270 saylı məktəb isə üçüncü yeri tutmuşlar. Hər iki oyunda qaliblərə 1,2,3-cü dərəcəli diplomlar, köynəklər, papaqlar, bukletlər təqdim olunmuşdur. Təşkilat tərfindən hazırlana kubok birinci yerə yüksələn 76 saylı məktəbə verilmişdir. Bununlada layihə uğurla başa çatmışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə