Elçin Quliyev BƏƏ nümayəndə heyətini qəbul edib FOTOLAR

Elçin Quliyev BƏƏ nümayəndə heyətini qəbul edib FOTOLAR

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlü­kə­sizliyi Baş İdarəsinin Baş Direktoru cənab Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyəti 2015-ci ilin may ayının 23-dən 27-dək ölkəmizdə rəsmi səfərdə olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsi arasında ikitərəfli əla­qə­lərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər ara­sın­da beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşın­ma­sı ki­mi cinayətlərlə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təş­kili məsələlərinə baxılıb. Azərbaycanın dövlət sərhədin­dəki əmə­liy­yat şəraiti və mövcud təhdidlər, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müa­sir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əl­də olunmuş nailiyyətlər barədə təqdimat keçirilib.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə, Akademiyasına və "Sərhədçi" Olimpiya İdman Mərkəzinə səfərlər edərək xid­mətin və təlim-tədris prosesinin təşkili, yaradılmış şərait və maddi-tex­ni­ki baza ilə yaxından tanış olublar.

Səfər müddətində qonaqlar Müdafiə Sənayesi Nazirliyində, Dövlət Miq­rasiya Xidmətində işgüzar görüşlər keçiriblər.

Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Qəbələ rayonunun mə­dəni-tarixi yerlərini ziyarət etməklə yanaşı, Bakı şəhərində, o cümlədən öl­kəmizdə keçiriləcək "Bakı-2015" 1-ci Avropa Oyunları ilə əlaqədar apa­rı­lan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə tanış ediliblər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə