Bu gün 5 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbər görə, yeraltı və yerüstü qaz xətlərində yaranmış qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz xətləri üzərindəki qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün saat 900-dan işlər başa çatanadək Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarının bir hissəsinə, həmçinin Bakı şəhəri Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB