Nazir Siyəzəndə

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 29-da saat 11.00-dan Siyəzən şəhərindəki Mədəniyyət Sarayında vətəndaşları qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonları sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Mayın 27-də saat 09.00-da Siyəzən rayon Mədəniyyət Sarayında (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 92) qəbula gələn vətəndaşların qeydiyyatı başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə