Aydın Hüseynov: "Dünya Azərbaycanın uğurlarını, həqiqətlərini görəcək"

"Bu, Azərbaycan xalqının qələbəsidir"
Aydın Hüseynov: "Dünya Azərbaycanın uğurlarını, həqiqətlərini görəcək"

"Azərbaycan növbəti möhtəşəm tədbir - I Avropa Oyunları ərəfəsindədir. Artıq hər birimizə böyük qürur və fərəh hissi gətirən bu tarixi hadisəyə sayılacaq günlər qalıb. Əlbəttə ki, böyük idman hadisəsi kimi yadda qalacaq və tarixə yazılacaq I Avropa Oyunları bütün qeyd edilənlərlə yanaşı, həm də ölkəmizin nüfuzunun daha da artmasına, Avropada, eləcə də dünya birliyində söz sahibi kimi daha mükəmməl çıxış etməsinə zəmin yaratmaqdadır. Azərbaycanın tərəqqi amili məhz bu kimi faktorları özündə kifayət qədər ehtiva etməkdədir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər üzrə Komissiyasının sədr müavini, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

A.Hüseynov vurğulayıb ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bütün deyilənlərlə yanaşı, həm də iqtisadi nöqteyi-nəzərdən öz töhfələrini bəxş edəcəkdir: "İlk Avropa Oyunlarının Azərbaycanda baş tutması iqtisadi gəlirlərimizi artıracaq. Ümumiyyətlə, hər hansı bir ölkədə keçirilən tədbir, xüsusilə idman tədbirləri həmin ölkəyə digər siyasi dividentlər gətirməklə yanaşı həm də iqtisadi səmərə verir".

YAP-ın İqtisadi məsələlər üzrə Komissiyasının sədr müavini həmin dividentləri iki etapa bölüb və bunu belə izah edib: "Burada cari və perspektiv gəlirləri mövcuddur. Sözsüz ki, Azərbaycana göstəriləcək iqtisadi təsiri iki etapa bölmək olar: cari gəlirlər və perespektivli gəlirlər. Məsələn, cari gəlirlər ondan ibarətdir ki, ölkəmizə çoxlu sayda turist axını olacaq. Belə ki, ən azı 6 min idmançı bu yarşlara qatılacaq və onların ətrafı, pərəstişkarları da əlbəttə ki, ölkəmizə təşrif buyuracaqlar. Ümumilikdə 60 minə yaxın turistin Azərbaycana gəlməsi gözlənilir ki, bu rəqəmin özü iqtisadiyyatımıza veriləcək töhfə kimi qiymətləndirilə bilər".

YAP rəsmisi cari gəlirlərə aid olacaq daha bir neçə məqama toxunub. O, bildirib ki, enyni zamanda Avropa Oyunlarının Azərbaycanda keçirilməsi yuxarıda qeyd edilənlərlə yanaşı həm də bank, xidmət, nəqliyyat sektoruna müsbət təsirini göstərəcək. Məgər bütün bunların hər biri iqtisadi səmərə deyilmi? Söz yox ki, bu sıralamanı artırmaq da mümkündür".

Perspektivlik gəlirlərə gəlincə isə Aydın Hüseynov deyib ki, bu daha əhəmiyyətli, eləcə də münbit amildir: "Bildiyiniz kimi, Azərbaycanda keçirilən ilk Aropa Oyunları ilə bağlı ölkəmizə sahibkarlar, iş adamları gədəcək, iqtisadiyyatın digər sahələri ilə bağlı insanlar gələcək. Həmin adamlar Azərbaycandakı inkişafı, siyasi sabitliyi, gələcəkdə ölkəmizlə sağlam, rəqabətədavamlı iş birliyi qurmaq istəyini artıracaq, onlar öz gələcəklərini məhz Azərbaycanda əldə edəcəkləri uğurarla müəyyənləşdirəcəklər. Buradan da göründüyü kimi, Avropanın, eyni zamanda dünyanın bir çox nəhəng şirkətləri və korporasiyaları ölkəmizdəki müvafiq şəraitdən razı qalmaqla yanaşı, həm də onlardan əvvəl burada iş birliyi görən tərflərin inkişafını özlərinə örnək götürəcəklər. Daha dəqiq desək, xarici iş adamlarının Azərbaycanda sərmayələr yatırmaları, Azərbaycanın yaxın gələcəkdə xarici ölkələrdə yatırılan sərmayələrinin daha da çoxalmasına səbəb olacaq. Bu isə təbii ki, bizim iqtisadiyyatımızın uğuru və gücünün bariz göstəricisidir".

YAP Siyasi Şurasının üzvü son olaraq onu da vurğulayıb ki, bu yarışları dünyanın 5 qitəsi izləyəcək: "Dünya Azərbaycanın uğurlarını, həqiqətlərini görəcək. Birinci Avropa Oyunları ölkəmizə cari gəlirlərələ yanaşı gələcəkdə bundan sonrakı on illər boyunca ardıcıl, uğurlu iqtisadi səmərə gətirəcək. Bu, Prezident İlham Əliyev cənablarının yürütdüyü mükəmməl, mütərəqqi və uğurlu siyasətinin Azərbaycanın, Azərbaycan xalqının qələbəsidir".

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə