Cavadxan küçəsi təmirə bağlandı

Cavadxan küçəsi təmirə bağlandı

Cavadxan küçəsinin Tbilisi prospektindən 3-cü mkr. dairəsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən SİA-ya verilən məlumata görə, sürücülərə alternativ olaraq Rövşən Cəfərov küçəsindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə