Samuxda 28 May - Respublika Günü münasibəti ilə bayram tədbiri təşkil olunub. SİA-nın məlumatına görə, rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri tədris ilinin sonuna təsadüf etdiyindən bu toplantı musiqi məktəbləri üçün hesabat xarakteri daşıyıb. Samux Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə tarixi günün Azərbaycan xalqının həyatındakı rolundan danışılıb. Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbirdə rayonda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin bir illik faəliyyətinə də nəzər salınıb. Tədris ili ərzində məktəbin bir neçə yetirməsi respublika müsabiqələrində mükafatlara layiq görülüb. Səadət Məmmədova- Sərkar kənd uşaq musiqi məktəbinin direktoru: "Məktəbdə 9 ixtisas üzrə dərslər keçirilir. Burada çalışan müəllimlər isə Gəncə Musiqi Kollecinin müəllimləridir. Biz mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi bütün müsabiqələrdə iştirak edirik. Bizim bir çox şagirdlərimiz bu il nazirlik tərəfindən mükafatlandırılıb. Onların sırasında Cəmil Məmmədov muğam müsabiqəsində laureat olub".
Tədbir Sərkar kənd musiqi məktəbinin özfəaliyyət dərnəyinin 28 May - Respublika Gününə həsr etdiyi musiqi proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB