Qonaqlarımız “Bakı-2015”i intizarla gözləyir

Qonaqlarımız “Bakı-2015”i intizarla gözləyir

Azərbaycanda baş tutacaq "Bakı-2015" ilk Avropa Oyunlarına görə şəhərimizdə ciddi hazırlıq işləri gedir. Belə ki, qonaqların və şəhər sakinlərinin rahat şəkildə istirahət etmələri üçün əyləncə mərkəzlərinin, restoranların, otellərin və digər sahələrin sahibkarları əllərindən gələni edirlər. SİA-ya açıqlama verən "12 INN Bulvar Boutique Hotel "in nümayəndəsi Aytac Cəfərova mehmanxanlarında hazırda turistlərin qaldığını bildirib: "4 ulduzlu otel olaraq "Bakı-2015" ilk Avropa Oyunlarına hazırıq. Hazırda "12 INN Bulvar Boutique Hotel" də turistlərimiz qalır. Onlar ölkəmizdə keçiriləcək Avropa Oyunlarını izləmək üçün indidən gəliblər. Qonaqların rahatlığı üçün əlimizdən gələni edirik. Çalışırıq ki, otelimizin 4 ulduzluluğunu qoruyub-saxlayaq. Onu da diqqətinizə çatdırım ki, mətbəximizdə Avropa və milli xörəklər var. Turistlər və yerli sakinlər onların dadlarına baxa bilərlər. Qiymətlərimiz də münasibdir. Bizi seçənlər razı qalacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə