Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma davam etməkdədir. Ekologiya və Təbii Sərvtlər NAzirliyindən SİA-ya verilən xəbərə görə, bu gün suyun səviyyəsində 5 sm azalma müşahidə edilib.
Qanıq çayında da suyun səviyyəsi 3 sm azalıb. Buna səbəb son günlər havanın yağmursuz keçməsidir. Qonşu Gürcüstan ərazisində də hava şəraitinin yağmursuz keçməsi ilə əlaqədar Kür və Qanıq çayının həmin ərazidə olan hissələrində də azalma müşahidə edilməkdədir. Ümumilikdə isə hazırda respublikanın daxili çaylarında ümumi səviyyələrdə elə bir dəyişiklik müşahidə olunmur. Ümumi səviyyə sabitdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB