Hazırda fermerlər məhsul yığımına hazırlaşır. Fermerlərə lizinq yolu ilə verilən kənd təsərrüfatı texnikaları onların əkin işlərini daha asan görməyə imkan yaradır. Güzəştli şərtlərlə verilən texnikalar hazırda ən ucqar kəndlərdə belə istifadə olunur. SİA-nın əməkdaşı Ağstafanın cəbhəyanı kəndi olan Köhnə Qışlaqda bu imkandan yararlanan fermerlərin işi ilə maraqlanıb. 2015-in ölkədə "Kənd təsərrüfatı ili" elan olunması bu sahəyə diqqəti bir qədər də artırıb. Bu sahənin inkişafını texnikasız təsəvvür etmək mümkün deyil. Son illərdə fermerləri müasir texnikalarla təmin etmək üçün Aqrolizinq ASC-nin Gəncə Regional Aqroservis və Təchizat bazasından müasir tipli texnikalar verilməyə başlanılıb. Belə texnikalar ən ucqar kəndlərdə belə fermerlərə paylanılıb. Bir vaxtlar Ağstafanın cəbhəyanı kəndi olan Köhnə Qışlaqda təsərrüfatçılar texnika sarıdan əziyyət çəkirdi. Amma son illlər texnikaların paylanması onların işinə daha çox yarayıb.
Qeyd edək ki, fermerlər aldıqları texnikaları təkcə öz sahələrində deyil, qonşu fermer təsərrüfatlarında da istifadə edirlər. Bu ilin 5 ayında Gəncə və ətraf rayonlardan olan fermerlərə 50 ədəd Belarus tipli traktor paylanılıb. Yaxın günlərdə daha 100 ədəd texnikanın verilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB