Vətəndaşların xarici ölkələrə səfəri daha da sadələşdirilir. Vətəndaşların xarici ölkələrə səfəri daha da sadələşdirilir. Belə ki, artıq səfər üçün pasporta ehtiyac qalmayacaq. Bu yenilik ''Miqrasiya məcəlləsinə edilən dəyişikliklər" hesabına mümkün olacaq.
Artıq vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə xarici ölkələrə gedə biləcəklər.Bu yenilik ''Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında'' qanun layihəsində nəzərdə tutulur.
Şəxsiyyət vəsiqəsi ilə səfər həm Azərbaycan vətəndaşlarına, həm də müqavilə imzalanan digər ölkələrin vətəndaşlarına da şamil olunacaq.Bununla yanaşı, vizasız səfər olunan ölkələrlə də müqavilə bağlanması nəzərdə tutulur.
Əvvəllər pasporta möhür vurulurdusa, indi bu dövlətlərarası imzalanan müqaviləyə uyğun tənzimlənəcək.
Millət vəkil Rəfael Cəbrayılov deyir ki, bu yeniliyin tətbiqi hazırki şəxsiyyət vəsiqələri ilə mümkün olacaq.
Qeyd edək ki, qanun layihəsi artıq milli məclisn gündəliyinə salınıb və mayın 29-da müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB