25 sakin şəxsiyyət vəsiqələri ilə təmin olundu

25 sakin şəxsiyyət vəsiqələri ilə təmin olundu

Mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olmuş vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən keçirilən səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə