Televiziya kanalları arasında rəqabət artıq etik prinsiplər çərçivəsindən çıxıb. Telekanallar arasındakı son olaylar, ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın Binəqədidə baş verən yanğınla bağlı efirdə işlətdiyi ifadə və bundan sonra ATV və ANS telekanallarının əməkdaşları arasındakı başlayan söz dueli cəmiyyətdə də narazılıqla qarşılanıb.
Mövzu ilə bağlı musavat.com-a danışan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, özəl televiziyaların işinə müdaxilə etmək doğru deyil: "Onlar hamısı özəl televiziyalardır. Özləri bilərlər. İki qəzet də bir-biri ilə mübahisə apara, bir-birinin əleyhinə yaza bilər. Partiya sədrləri də bir-biri ilə hansısa məsələ haqqında mübahisə edirlər. Buna kimsə qarışmalı deyil, özləri bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB