Alman kilsələri restavrasiya olunur FOTOLAR

Alman kilsələri restavrasiya olunur FOTOLAR

Gəncə şəhərində olan ən qədim məbədlərdən biri Müqəddəs Sərkis kilsəsi hesab edilir. Qafqaz Albaniyası dövründə inşa edildiyi güman olunan məbəd XVIII əsrdə bərpa edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, müqəddəs İohann Kilsəsi V-VII əsrlədə inşa edilən Alban məbədlərindən biridir. XVII əsrdə tikilən binanın inşasında qırmızı tuf daşından istifadə olunub. Gəncə daim fərqli dil və dinə mənsub olan insanların sülh içində yaşadığı şəhərlərdən biri olub. Aleksadr Nevski kilsəsi bunu sübut edən məbədlərdən biridir. Belə ki, bu tarixi bina 1887-ci ildə köhnə qəbirstanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların vəsaiti hesabına inşa edilib. Məbəd Rus Pravoslav kilsəsinə yalnız 1946-cı ildə qaytarılıb. Bina günümüzdə də şəhərdə yaşayan pravoslavların ibadət məkanıdır. Burada dini ayinlər və bayramlar qeyd edilir. Bina 1818-ci ildə Gəncəyə gətirilən almanlar tərəfindən tikilib. İnşaat işlərində əsasən tuf daşından istifadə olunub. Ümumi sahəsi 650 kvadrat mert olan bina 1 zal, 1 foye və 15 otaqdan ibarətdir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə