Ermənistan ordusu Tərtər rayonunun işğal altında yerləşən ərazilərində geniş miqyaslı yanğınlar törədiblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, sürətlə davam edən yanğın qoşunların təmas xəttinə doğtu hərəkət edir. Kənd sakiniərinin sözlərinə görə, ərazilərdə yanğınlar əsasən quru otlaq sahələrini əhatə edir. Sakinlər bildirib ki, yanğınlar genişmiqiyasda rayonun işğal altında yerləşən Seyidsulan kəndi ərazisini əhata edir. Alovun miqyasının gətirdiyi tüstü 5-10 kilometr məsafədən aydın görünür. Tərtərin cəbhə xəttində yerləşən yaşayış məntəqələrində alovu müşahidə etmək mümkündür.
Yanğının Azərbaycan Ordusunun nəzarətində olan Tərtər rayonunun Qapanlı kəndinin ərazisinə keçməsinin qarşısını almaq məqsədilə əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb edilib. Bir necə avtomobil və şəxsi heyyət cəbhə kəndində təhlükəli ərazilərdə növbə çəkir.
Qapanlı kənd icra nümayəndəsi Zakir Əliyevin verdiyi məlumata görə, yanğınlar zamanı ekoloji tarazlıq pozulduğundan ərazilərdə olan vəhşi heyvanlar xüsusi ilə ilanlar cəbhə kəndlərinə üz tutur. Son günlər cəbhəyanı yaşayış məntəqələrində ilanların sayı coxalıb.
Qeyd edək ki, işğalı altında yerləşən ərazilərimiz nəzarətsiz olduğundan Ermənistan ordusu istənilən vaxt yanğınlar törədir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB