ATU-da elmi nəzəri konfrans keçirilib FOTO

ATU-da elmi nəzəri konfrans keçirilib FOTO

Azərbaycan Texnologiya Universitetində (ATU) "Azərbaycan - inkişaf etmiş cəmiyyətə doğru qlobal tendensiyalar, dəyişən paradikmalar" mövzusunda elmi nəzəri konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, konfransda ali təhsil ocağının pedaqoq heyəti ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri də iştirak ediblər. Ümumilikdə 50-dən artıq məruzə dinlənilib. Əsas məqsəd dünyada, eləcə də ölkəmizdə texnologiya sahəsində yeniliklərin öyrənilməsidir. Ölkədə gedən iqtisadi proseslərlə bağlı geniş fikir mübadiləsi aparılan konfransın fərqli cəhəti onu tələbə və şagirdlərin aparması olub. Bu dəfə müəllimləri maraqlandıran sualları tələbələr cavablandırıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə