Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "Voyage with us" adlı silsilə kampaniyaya start verir. SİA-nın məlumatına görə, "Voyage With Us!" kampaniyasının ilk tədbiri Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə keçirilməsi nəzərdə tutulub. Məqsəd kampaniya çərçivəsində müxtəlif Avropa ölkələrinin mədəniyyətinə, tarixinə qısa ekskursiya təşkil edib nümayiş etdirməkdir. Kampaniya ölkəmizdə ilk Avropa Oyunlarına dəstək və təşviq etmək məqsədilə həyata keçirilir.
Qeyd edək ki, "Voyage With Us!" kampaniyası silsilə şəklində hər dəfə müxtəlif ölkələrin iştirakı ilə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB