Azərbaycanda baş tutacaq "Bakı-2015" ilk Avropa Oyunlarına görə şəhərimizin bütün sahələrində ciddi hazırlıq prosesi gedir. Belə ki, qonaqların və şəhər sakinlərinin rahatlığı üçün əyləncə mərkəzlərində, restoranlarda, otellərdə və digərlər obyektlərdə səliqə-səhman yaradılır. SİA-ya açıqlama verən "Qafqaz Point Hotel"in satış təmsilçisi Səbinə Məmmədhəsənova turistləri qarşılamağa tam hazır olduqlarını deyib: " 5 ulduzlu mehmanxana olaraq qonaqları və yerli sakinləri qarşılamağa hazırıq. Hazırda otelimizdə boş otaqlar var. Onu da deyim ki, mehmanxanamızın mətbəxində Avropa və milli xörəklər mövcuddur. Otelimizdə səhər yeməyinə xüsusi önəm verilir. Bizi seçənlər olduqca razı qalacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB