Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək F.Xoyski prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB