Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün 12:00-dan saat 17:00-dək A.Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB