XİN başçısı Rusiyaya səfər edəcək

XİN başçısı Rusiyaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 24-də Rusiyaya səfər edəcək. Bu barədə jurnalistlərə müsahibəsində nazir özü məlumat verib.

Elmar Məmmədyarov deyib ki, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə edəcək.

Nazir, həmçinin Dövlət Dumasının sədri Sergey Narışkin və digər rəsmilərlə görüşünün nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə