Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunlarına görə şəhərimizdə ciddi hazırlıq işləri gedir. Belə ki, qonaqların və şəhər sakinlərinin rahat şəkildə istirahət etmələri üçün əyləncə mərkəzlərinin, restoranların, otellərin və digər sahələrin sahibkarları əllərindən gələni edirlər. SİA-ya açıqlama verən "Ramada Baku Hotel "in meneceri Nigar Qasımova hazırda otellərində boş otaqlarının olmadığını deyib: " "Bakı-2015" ilk Avropa Oyunları ölkəmiz üçün çox vacibdir. Bunun üçün turistlərin və yerli sakinlərin qeydinə qalmaq borcumuzdur. Hazırda mehmanxanamızda boş otaqlar yoxdur. Buna səbəb otelimizin xüsusi gözəlliyidir. Bildiyiniz kimi mehmanxanamız dənizin ortasında yerləşir. Otaqlarımız birbaşa dənizə baxır. Onu da diqqətinizə çatdırım ki, "Ramada Baku Hotel"in mətbəxi də zəngindir. Qonaqlar restoranlarımızdakı milli və avropa yeməklərini dadacaqlar. Bizi seçib, gələn insanlar sağlamlıqlarının da qeydinə qala biləcəklər. Belə ki, turistlər və şəhər sakinləri trinajor və məşq zalımızdan yararlana biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB