Azər Qarayev “Uğura gedən yol” layihəsində

Azər Qarayev “Uğura gedən yol” layihəsində

IDEA İctimai Birliyinin Resurs Mərkəzində aprel ayından start götürmüş "Uğura gedən yol" layihəsi çərçivəsində növbəti görüş keçirilib. IDEA-dan SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində təşkil edilən sayca ikinci görüşdə "Heyvanların Müdafiə Cəmiyyətinin" sədri Azər Qarayev gənclərə öz peşəkar təcrübəsi ilə bağlı təqdimat edib.

A.Qarayev fəaliyyət göstərdiyi müddətdə əldə etdiyi uğurlardan bəhs edib, gənclərə qazanmış olduğu nailiyyətləri haqqında geniş məlumat və özünüinkişafla bağlı dəyərli məsləhətlər verib. Bununla yanaşı, ekspert gənclərə heyvanların mühafizəsi, onlara qayğı və həssas davranışla bağlı çağırışlar edib, onlarla bu mövzuda ətraflı fikir mübadiləsi aparmışdır. Görüşün sonunda qonaq ekspert gəncləri maraqlandıran sualları cavablandırıb.

Layihə çərçivəsində keçirilən bu görüş gənclərə uğur əldə etməyin yollarını aşılamaqla yanaşı, onlarda heyvanlara qayğı mədəniyyətinin formalaşmasına töhfə vermək baxımından mühüm rol oynayıb.

"Uğura gedən yol" layihəsi çərçivəsində növbəti görüşlər barədə elanlar IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində və sosial mediada yerləşdiriləcək. Layihə haqqında əlavə məlumat əldə etmək istəyən şəxslər 4976316 şəhər nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə IDEA İB ilə əlaqə saxlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə