Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikası Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi cənab Mohammad Şaker Kargarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. DSX-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Əfqanıstan İslam Respublikasının aidiyyəti qurumları arasında əlaqələrin inkişafı, o cümlədən beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Tərəflər arasında sərhəd mühafizəsi və sərhəd nəzarəti məntəqələrinin fəaliyyəti sahəsində təcrübə mübadiləsi, əfqan hərbi qulluqçuları üçün tədrisin təşkili, müxtəlif ixtisas sahələri üzrə təlim və təkmilləşdirmə kurslarının həyata keçirilməsi, elecə də əfqan sərhədçilərinin Dövlət Sərhəd Xidmətinin tibb müəssisələrində müalicəsi və sağlamlıqlarının bərpası ilə bağlı müzakirələr aparılıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB