Azərbaycan Mətbuat Şurasında Hərbi Akademiyanın hərbi diplomatiya kursunun dinləyiciləri ilə görüş keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun yaranma zərurəti, fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Şura sədri həmçinin Azərbaycan mətbuatının keçdiyi yoldan, ictimai fikir tariximizdə oynadığı roldan söz açıb. Müstəqillik illərində jurnalistikamızın inkişaf xüsusiyyətlərinin təhlilini aparan Ə.Amaşov mediaya dövlət qayğısını əhəmiyyətli məqam kimi vurğulayıb.
Görüşdə internet medianın vəziyyəti, informasiya təhlükəsizliyi məsələləri, habelə jurnalist peşəkarlığının müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, kurs iştirakçılarının sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB