Mübariz Qurbanlı Ağcabədidə qəbul keçirəcək

Mübariz Qurbanlı Ağcabədidə qəbul keçirəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 26-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədi rayonunda Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayon sakinlərini qəbul edəcək.

Qəbul Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 217) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə