“Bakı 2015 Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği” FOTOLAR
Bu gün Azərbaycan Turizm və Menecment Universitetində "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin "Bakı 2015 Avropa Oyunları: Azərbaycan-Avropa münasibətlərinin təbliği" layihəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı bildirib ki, ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf etmiş, idmançılarımızın uğuru ölkəmizi dünyada tanıdıb: "Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev hər zaman idmanın inkişafını hər bir xalqın ali məqsədlərinin təcəssümü, həm də dövlətin beynəlxalq nüfuzunun yaxşılaşdırılması meyarı kimi qiymətləndirirdi. Məhz ölkəmizin idman sahəsində beynəlxalq nüfuzu 2015-ci ildə ilk dəfə olaraq təşkil olunacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsinə səbəb olub".
M. Babaşlı İctimai Birliyin fəaliyyəti, gördüyü işlər və layihənin mahiyyəti ilə bağlı geniş məlumat verərək qeyd edib ki, Azərbaycan maddi-mədəni irsinin yerli və beynəlxalq idman ictimaiyyətinə tanıdılması, Dağlıq Qarabağ həqiqətlərinin idman ictimaiyyətinə çatdırılması, iştirakçı ölkələrlə Azərbaycan arasındakı siyasi-iqtisadi, sosial-mədəni və strateji münasibətlərin təbliğ edilməsi, beynəlxalq idman tədbiri münasibəti ilə ölkəyə gələn qonaqların Azərbaycanla bağlı məlumatlandırılması bu gün təqdim olunan layihənin əsas məqsədini təşkil edir".
Daha sonra Azərbaycan Turizm və Menecment Universitetin rektoru Cəfər Cəfərov layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, nəşr olunan kitab ölkəmizlə bağlı ətraflı məlumatları əks etdirir.
Tədbir fikir mübadiləsi ilə yekunlaşıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB