Yanan binada son vəziyyət

Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğının fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. SİA-nın məlumatına görə, bu gündən başlayaraq yanğın baş verən binada təmir-bərpa işlərinə start verilib.

Hazırda binanın yanmamış hissənin penoplast üzlüklərinin sökülməsi işləri aparılır.

Bina sakinləri isə yanmamış əşyalarını çıxarmaqla məşğuldur.

Eyni zamanda əhali yanğın zamanı dünyasını dəyişənlərin xatirəsinə hörmət olaraq bina önündə şam yandırır, gül dəstələri düzürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə