Bakı-2015”ə gələnlər rahat istirahət edə biləcəklər

Bakı-2015”ə gələnlər rahat istirahət edə biləcəklər

Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunlarına görə şəhərimizdə ciddi hazırlıq işləri gedir. Belə ki, qonaqların və şəhər sakinlərinin rahat şəkildə istirahət etmələri üçün əyləncə mərkəzlərinin, restoranların, otellərin və digər sahələrin sahibkarları əllərindən gələni edirlər. SİA-ya açıqlama verən "Olimpik Novkhani Hotel"in icraçı direktoru Emil Əliyev hazırda otellərində təmir işlərinin getdiyini söyləyib: " "Bakı-2015" ilk Avropa Oyunlarında qonaqların və yerli sakinlərin rahatlığı üçün hazırda mehmanxanamızda təmir işləri gedir. Çalışırıq ki, otelimiz 4 ulduzluğunu qoruyub-saxlasın. Mehmanxanamızda hələ ki, boş otaqlar var. Onu da diqqətinizə çatdırım ki, "Olimpik Novkhani Hotel"nin mətbəxində Avropa xörəkləri var. Ancaq əsasən milli yeməklərə üstünlük veririk. Turistlər mehxanamızda asudə vaxtlarını da dəyərli keçirə biləcəklər. Belə ki, onlar bowling, stolüstü tennis, futbol kimi oyunlar oynaya bilərlər. Bizim mehmanxananı seçib, gələn qonaqlar və yerli sakinlər otelimizdə olan hovuzdan və klubdan yararlana bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə