Bu gün 3 rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, . diametri 530 mm-lik polad borunun istismara yararsız olması səbəbindən, polietilen boru ilə əvəzlənməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün 1000-dan 1300-dək Binəqədi rayonunun 8-ci mikrorayon, Nərimanov rayonunun Ayna Sultanova küçəsindən Gənclik metro stansiyasına qədər olan ərazisinə, saat 1000-dan 1800-dək isə Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB