Binaların fasadına vurulan yanğına həssas üzlüklərin sökülməsi işləri sürətlə davam etdirilir. Bu gün Nərimanov və Binəqədi rayonlarında da üzlüklərin söküntüsünə başlanılıb. Binaların üzlüklərinin sökülməsinə xeyli sayda canlı qüvvə və texnika cəlb edilib Paytaxtda yanğına davamsız bina üzlüklərinin sökülməsi prosesi sürətləndirilib. Artıq nərimanov və Binəqədi rayonlarında da söküntü işlərinə başlanılıb. Nərimanov rayonu icra hakimiyyətindən bildirilib ki, rayon ərazisində 30-dan çox belə bina var və ə onların hamısından nümunələr götürülüb.
Yanğına həssas üzlüklərin söküntüsü işləri sürətlə davam etdirilir. Nərimanov rayonu icra hakimiyyətindən bildirilir ki, binaların üzlükləri söküldükdən sonra onlara daha keyfiyyətli üzlüklər vurulacaq.
Təhlükə yaratmasın deyə yerə tökülən üzlüklər yük maşınları vasitəsilə ərazidən aparılır. Binəqədi rayonu ərazisində də bəzi yaşayış binalarında poliuretan üzlüklərin sökülməsinə başlanıb. Söküntü işləri rayonun Azadlıq prospekti 30, 24, 18, 14 ünvanlarında yerləşən 9 və 16 mərtəbəli binalarda aparılır.
Paytaxtın Binəqədi rayonunda da binaların üzünə vurulan yanğına həssas üzlüklərin söküntü işləri sürətlə davam etdirilir. Söküntüyə 50-dən çox canlı qüvvə və 5-dən yuxarı texnika cəlb olunub. Binəqədi rayonu icra hakimiyyətindən bildirilib ki, rayon ərazisində 24 belə bina var və onların 5-də hazırda söküntü işləri gedir. Butün bu söküntü işləri baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının rəyinə əsasən aparılır. Həmçinin bildirilib ki, üzlükləri sökülən binalarda yenidən təmir işləri aparılacaq.
Xatırladaq ki, Bakıda yanğına həssas üzlüklərlə örtülən 263 bina var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB