Sadettin Topukçu Turizm və Menecment Universitetində olub

Sadettin Topukçu Turizm və Menecment Universitetində olub

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu ilə görüşüb. Universitetdən bildirilib ki, görüşdə C.Cəfərov ölkələrimiz arasında mövcud əlaqələrin gündən-günə daha da inkişaf etməsindən məmnunluğunu bildirib. Rektor qonağa rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti və inkişaf tarixi, xarici əlaqələri, strateji məqsədləri barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycanda və Şimali Kiprdə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə