Binəqədi rayonu ərazisində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının təmirinə başlanıb. Bunu mayın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanan binanın sakinləri ilə görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan yoxlamalardan sonra binanın dayanıqlılığının yüksək səviyyədə olması barədə rəyin verildiyini bildirən H.Abutalıbov bu qərardan sonra mayın 21-də təmir işlərinə başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, təmir işləri gecə-gündüz fasiləsiz olaraq aparılacaq.
Yanan binanın sakinlərinə ayrılan ilkin yardımların mayın 22-dən etibarən veriləcəyini vurğulayan şəhər icra hakimiyyətinin başçısı həmin vəsaitin şəxsi bank hesablarına köçürüləcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB