Bu gün Atatürk Mərkəzində Azərbaycan Milli QHT Forumu (MQF), "Elm Mərkəzi"-nin təşəbbüsü ilə "I Cahan Savaşı və Türk Qaçqınları" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Atatürk Mərkəzinin konfrans zalında baş tutan tədbirdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) koordinator müavini İsmail Gürlek, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, tarixçi alim Əziz Ələkbərli, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, Qeyri Hökümət Təşkilatları və Kütləvi İnformasiya Vasitələri nümayəndələri və başqaları iştirak edib.
Tədbiri Milli QHT Forumunun prezidenti Rauf Zeyni açıq elan edib və bu il I Cahan savaşının 100 illiyinin qeyd olunacağını deyib. Şəhidlərin və Binəqədi rayonunda baş verən yanğında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə əsrlərdir ermənilərin vəhşiliyindən və törətdikləri soyqrımlardan danışılıb.
Eyni zamanda uzun illərdən sonra Gəncliyə Yardım Fondunun və TİKA-nın dəstəyi ilə ərsəyə gələn "Qardaş köməyi" adlı kitabdan və tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın ingilis dilində yazdığı "Turk Refugees the 1914-1918th years"(Türk qaçqınları 1914-1918-ci illərdə) kitabının içində əks olunan hadisələr, müzakirə olunub. TİKA-nın koordinator müavini İsmail Gürlek də qeyd etdi ki, "Hər zaman Türkiyənin yanında olan qardaş Azərbaycanın, biz də, hər zaman yanındayıq. Ermənilər ən dəhşətli soyqrımı, qətliamı törətdi və buna mütləq cavab verəcək".
Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB