“Müxalifətin bu hadisədən manipulasiya etməsi yolverilməzdir”

“Müxalifətin bu hadisədən manipulasiya etməsi yolverilməzdir”

"Bu hadisənin baş verməsində təbii ki, kimliyindən asılı olmayaraq mütləq cəzalandırılacaq və məsuliyyətə cəlb olunacaq. Mən buna inanıram. Ölkə Prezidenti də öz çıxışında bunu bir daha vurğuladı". Bunu SİA-ya açıqlamasında Türk-Azəri Qadınlar Birliyini sədri Tənzilə Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, müxalifətin bu hadisədən manipulasiya etməsi yolverilməzdir: "Onların bu hərəkəti o zaman baş verə bilər ki, hadisə ilə bağlı ölkə rəhbərliyi, dövlət bir hərəkət etməsin və ya münasibət bildirməsin. Müxalifətin bu hərəkəti Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı yönəlmiş bir hərəkətdir. Dünyanın hər yerində belə hadisələr yüzlərlə, minlərlədir. Lakin həmin hadisələr bu dərəcədə böyüdülmür, şişirdilmir. Bu gün müxalifət adlananlar Azərbaycanda keçiriləcək böyük tarixi bir hadisə ərəfəsində ilk Avropa Oyunlarının başlanmasına sayılı günlər qaldığı bir zamanda baş verən bu yanğın hadisəsindən bəhrələnməklə bir daha onların xalqa, dövlətə düşmən mövqedə olduğunu nümayiş etdirir. Həmin müxalifət ermənilər tərəfindən Azərbaycana qarşı edilən təcavüz və yaxud da cəbhədə ermənilərin atəşkəsi tez-tez pozlması ilə bağlı hər hansı bir hadisəni dünya portlarında nə üçün vermirlər. Çünki həmin adamlar öz şəxsi ambisiyalarını düşündükləri üçün kimlərinsə göstərişi ilə ölkədə siyasi ab-havanı pozmağa çalışırlar. Bu adamlar sapı özümüzdən olan baltalardır".

Bütün xəbərlər Facebook səhifəmizdə