General-leytenant vətəndaşları qəbul edib

General-leytenant vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Horadiz şəhərində vətəndaşları qəbul edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qəbula gələn vətəndaşlar əsasən, veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, şəhid statusunun verilməsi və digər məsələlərlə bağlı general-leytenanta müraciət ediblər. General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülüb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə