“Pediatriyanın Aktual Problemləri” FOTO

“Pediatriyanın Aktual Problemləri” FOTO

Gəncə Şəhər Səhiyyə İdarəsində "Pediatriyanın Aktual Problemləri" mövzusunda elmi konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər Səhiyyə idarəsinin təşəbbüsü ilə təşkil olunan konfransda Gəncənin səhiyyə ocaqlarında fəaliyyət göstərən pediatrlar və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları iştirak ediblər. Konfransın keçirilməsində əsas məqsəd yeni doğulan körpələrin düzgün qidalandırılması və körpələr üçün ana südünün nə dərəcədə əhəmiyyətli olduğunu təbliğ etmək olub. Bu məqsədlə dəvət olunan həkim-mütəxəssislər müxtəlif növ uşaq qidalarının ana südünü əvəz etmədiyini vurğulayıb. Bu sahədə ümumdünya səhiyyə təşkilatı tərəfindən də hər il bir sıra tədbirlərin həyata keçirildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfransın davamında mövzu ətrafında müzakirələr aparılıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə